AZ

Media: Donald Tramp gələcəkdə Venesuelaya səfər etmək istəyir

Bakı, 8 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Venesuelada vəziyyət sabitləşdikdən sonra bu ölkəyə səfər etmək istəyir.

AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə Birləşmiş Ştatların dövlət başçısına istinadla məlumat yayıb. Bundan əlavə, Donald Tramp Vaşinqtonun Venesuelaya nəzarətinin bir ildən çox davam edə biləcəyini bildirib.

Xatırladaq ki, ABŞ yanvarın 3-də Karakasda əməliyyat keçirərək Venesuela Prezidenti Nikolas Maduronu əsir götürüb. Yanvarın 4-də Venesuelanın vitse-prezidenti Delsi Rodriges dövlət başçısı vəzifələrinin icrasına başlayıb və Vaşinqtonla əməkdaşlığa hazır olduğunu bəyan edib.

 

Seçilən
66
3
azertag.az

4Mənbələr