12 fevral 2026-cı il tarixdə saat 10:00-da hərraca çıxarılan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlak açıqlanıb.
Banker.az xəbər verir ki, daşınmaz əmlaka baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 10:00-12:00-a kimi keçirilir.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.
Beh “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin aşağıdakı hesabına köçürülməlidir.
Sıra № Əmlakın növü Ünvanı Daşınmaz əmlakın ümumi sahəsi (kv.m) Torpaq sahəsinin ölçüsü(ha) Start qiyməti (manatla) 10% beh (manatla) 1 Qeyri-yaşayış binası Xaçmaz şəhəri, Hüseyn bəy Rəsulbəyov küçəsi, giriş 68 472.1 0.0314 471 000 47 100.00