AZ

Tramp bu ölkəyə də göz dikib?

ABŞ prezidenti Donald Tramp və Kolumbiya prezidenti Qustavo Petro arasında narkotik problemi ilə bağlı telefon danışığı baş tutub.

Publika.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

O, iki ölkənin xarici işlər nazirlikləri arasında Vaşinqtonda əlaqələrin planlaşdırıldığını açıqlayıb:

"Qustavo Petro ilə görüşmək böyük şərəf idi. O, narkotik və aramızdakı digər fikir ayrılıqları ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün zəng etdi. Onun zəngini və tonunu yüksək qiymətləndirdim və yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm. ABŞ dövlət katibi Marko Rubio ilə Kolumbiya xarici işlər naziri arasında görüşlər planlaşdırılır. Görüş Vaşinqtonda, Ağ Evdə keçiriləcək".

Seçilən
15
publika.az

1Mənbələr