ABŞ prezidenti Donald Tramp ABŞ-ın 66 beynəlxalq təşkilatdakı üzvlüyünə xitam verən memorandum imzalayıb.
Herbiand.az xəbər verir ki, bu məlumat 7 yanvar çərşənbə günü Ağ Evin X mikrobloqunda açıqlanıb.
Ağ Ev aydınlaşdırıb ki, ABŞ-ın çıxdığı təşkilatlardan 31-i BMT-nin himayəsi altında, 35-i isə BMT-dən kənardadır. Ağ Evin bəyanatında deyilir ki, onların hamısı "artıq ABŞ-ın maraqlarına xidmət etmir".