Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsinin gəlirləri və xərcləri 483,178 milyon manat həcmində proqnozlaşdırılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin məlumatına görə, büdcə gəlirlərinin strukturunda 271,550 milyon manat yerli daxilolmalar, 211,628 milyon manat isə dotasiya təşkil edir.
Gəlirlərin proqnozu üzrə 2025-ci ilin büdcəsi ilə müqayisədə yerli daxilolmaların həcmi 74,085 milyon manat artıb, dotasiyanın həcmi isə 64,120 milyon manat azalıb.