“Hökumətin birgə səyləri və qüsursuz koordinasiyası sayəsində dəniz döyüş qüvvələrimiz dənizlərə sahib olmaqdan, beynəlxalq qanunlara riayət və Amerikanı müdafiə etməkdən qürur duyurlar”, - bəyanatda deyilir.
Xatırladaq ki, ABŞ hərbçiləri dekabrın sonlarında “Bella 1” tankerini saxlamağa cəhd göstərsələr də, ekipaj Sahil Mühafizəsinin əmrlərini yerinə yetirməkdən imtina edərək kursu dəyişib, sonra isəgəminin üzərinə Rusiya bayrağı çəkilib.
Bir neçə gündən sonra “Mariner” adlandırılan tankerRusiyanın Dəniz Gəmiçiliyi Reyestrinə daxil edilib. Yanvarın 7-də tanker Şimali Atlantik okeanında ABŞ-nin hərbi və Sahil Mühafizəsi qüvvələri tərəfindən saxlanılıb.
Ağ Evin sözçüsü Kerolayn Livitt gəminin ABŞ sanksiyalarının pozulması ilə əlaqədar ələ keçirildiyinə aydınlıq gətirib.
- Ekipaja da şamil olunmaqla gəmi haqqında məhkəmənin həbs qərarı çıxarılıb. Bu o deməkdir ki, ekipaj üzvləri indi federal qanunların müvafiq pozuntularına görə təqibə məruz qalırlar və lazım gələrsə, belə prosedurlar üçün ABŞ-yə aparılacaqlar”,- xanım Livitt deyib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin sözlərinə görə, Rusiya bayrağı altında üzən ələ keçirilmiş “Marinera” tankeriyalnız məhdudiyyətlərdən yan keçmək üçün özünü rus tankeri kimi göstərib.
Bununla belə, tankerin ələ keçirilməsindən sonra Rusiyanın Nəqliyyat nazirliyi bildirib ki,“heç bir dövlətin digər dövlətlərin yurisdiksiyalarında müvafiq qaydada qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququ yoxdur”.
Rusiyanın Xarici İşlər nazirliyi isə Amerika tərəfindən gəmidəki ruslara qarşı“insani və ləyaqətli rəftarın” təmin edilməsi və onların“vətənlərinə tezliklə qayıtmasına mane olmamaq” tələbini qoyub.
— Ahmadov (@BigAhmadov) January 8, 2026
Sahil İsgəndərov
AzVision.az