
07.01.2026-cı il tarixində saat 13:30 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 1 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Ulusum.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.Bildirilib ki, 1994-cü il təvvəlüdlü şəxsə hər iki əlinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib.Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta stabil olaraq qiymətləndirilir.Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.R.Daşdəmirova
Diqqət Çəkənlər
Vərəm və böyrək çatışmazlığı olan xəstələr üçün ilk Hemodializ kabineti istifadəyə verildi
Milli Depozit Mərkəzində yeni təyinatlar
Şokoladlı Desert Resepti