AZ

2025-ci ildə “Ukrainian Defense Industry” şirkətinin istehsal etdiyi məhsulların dəyəri açıqlanıb

2025-ci il ərzində Ukraynanın “Ukrainian Defense Industry” dövlət şirkəti müəssisələrində istehsal həcmi 1.5 dəfə artıb.

“Poliqon” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmiqal özünün “Telegram” səhifəsində paylaşım edib.

Nazirin bildirdiyinə görə, bu, Ukraynanın müasir müharibə çağırışlarına verdiyi cavabdır və milli silahların artıq ölkə təhlükəsizliyinin təməl sütununa çevrildiyinin göstəricisidir.

D.Şmiqal qeyd edib ki, 2024-cü ildə silah və hərbi texnika istehsalı 122 milyard UAH (hazırkı məzənnə ilə 2.8 milyard ABŞ dolları) təşkil edirdisə, 2025-ci il 180 milyard UAH-dan (4.2 milyard dollar) çox göstərici ilə başa çatıb. Ötən il ərzində bağlanan dövlət müqavilələrinin sayı da 50%-dən çox artıb. Bu artım müdafiə sənayesi müəssisələrinin istehsal güclərini genişləndirməyə və sifarişlərlə daha çox yüklənməsinə imkan yaradıb.

“Biz müdafiə sənaye kompleksimizi azad dünyanın güclü arsenalına çevirmək istiqamətində transformasiyanı davam etdiririk. Texnologiyalara və insan resurslarına sərmayə qoyaraq, Ukrayna Ordusunu bütün zəruri vasitələrlə təmin etməyə qadir olan sənaye bazası formalaşdırırıq”, – deyə Ukraynanın müdafiə naziri vurğulayıb.

Seçilən
10
poliqon.az

1Mənbələr