AZ

"Şəfa" bu futbolçu ilə də yollarını ayırmaq niyyətindədir

1-ci Liqanın lideri "Şəfa"nın yollarını ayırmaq istədiyi futbolçulardan birinin də kimliyi bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, yarımmüdafiəçi Ədilxan Qarəhmədovdur.

Qarəhmədov artıq rəhbərliyin qərarından xəbərdardır. Sözügedən futbolçuya özünə yeni iş yeri tapmaq tövsiyyə edilib. Bu isə o deməkdir ki, Bakı təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan 24 yaşlı futbolçu ya klubunu dəyişməli, ya da oynamadan maaş alaraq yayı gözləməlidir.

Qeyd edək ki, lider "Şəfa"nın 30, 2-ci yerdəki "Baku Sportinq"in isə 25 xalı var.

Nihat 

Seçilən
54
fanat.az

1Mənbələr