Avropa Qrenlandiyanı ABŞ-a verə bilər, amma bu, Ukraynanın təhlükəsizliyi müqabilində reallaşacaq.
Publika.az xəbər verir ki, “Politico” jurnalı Avropa diplomatına istinadən bildirib.
Siyasətçinin sözlərinə görə, hazırda Trampın Qrenlandiyanı alması və Aİ-nin Ukraynaya dəstək verməsi ssenarisi müzakirə olunur. Fransa hakimiyyəti əmindir ki, Trampın Qrenlandiya ilə bağlı hərəkətləri bu və ya digər şəkildə ölkə ərazisi üzərində nəzarətə gətirib çıxaracaq.