Rusiyada yanan evdən 17 it xilas edilib.
İnterpress.az xəbər verir ki, Rusiyanın Kemerovo şəhərində baş verən yanğın zamanı xilasedicilər xüsusi fədakarlıq göstəriblər.
Məlumata görə, fərdi yaşayış evində baş verən yanğın zamanı alov 172 kvadratmetr sahəni, o cümlədən evin damını və təsərrüfat tikililərini bürüyüb.
Evdəki 5 nəfər müstəqil şəkildə təxliyə olunsalar da, heyvanlar daxildə bloka düşüblər.
Yanğınsöndürənlər alova bürünmüş evdən 17 iti çıxararaq onların həyatını xilas ediblər.
Hadisə nəticəsində tikililərə ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Xuraman Etibarlı
İnterpress.az