AZ

Cərimə piyadalara da şamil olunmalıdır - Nazilə Səfərli

Şairə Nazilə Səfərli piyada keçidləri ola-ola haradan gəldi yolu keçən adamlardan gileylənib.

“Yeni Sabah” xəbər verir ki, o, bir neçə metr artıq yol getməyin dərdindən keçidlərdən istifadə etməyənləri qınayıb:

“Piyada keçidi qalır kənarda, sürətlə hərəkət edən maşının qabağından yolu keçirlər. Günahkar da sürücü olur. Mən də bayaq özümü güclə xilas etdim. Keçən adam heç çönüb baxmadı da. Elə bil borcum idi. Cərimə sistemi piyadaya da aid edilməlidir. Nəsə hadisə olanda sürücü cərimələnir, piyada isə kənarda qalır”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
52
2
yenisabah.az

3Mənbələr