AZ

Ermənistan Azərbaycandan neft məhsulları alacağını təsdiqləyib



Ermənistan İqtisadiyyat Nazirliyi Azərbaycandan ikinci partiya neft məhsullarının idxal ediləcəyini təsdiqləyib.

aia.az "Armenpress"ə istinadən xəbər verir ki, yanvarın 8-də Ermənistana göndərilməsi planlaşdırılan partiyada 1000 ton Aİ92 benzini, 1000 ton dizel yanacağı və 1800 ton Aİ95 benzini olacaq.

Qeyd edək ki, Azərbaycandan Ermənistana neft məhsullarının idxalı 2025-ci ilin sonunda başlayıb.

Dekabrın 19-da Gürcüstan vasitəsilə göndərilən qatar "Ayrum" dəmir yolu stansiyasına çatmış və 1218 ton A95 benzini ilə yüklənmiş 22 vaqondan ibarət olub.

aia.az



Seçilən
19
aia.az

1Mənbələr