ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Buz Arena İdman Kompleksində bir nəfərlik girişin 35 manat olması və orada yaranan izdiham sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.Bu cür məkanlarda xidmət haqqı təyinatı qanunidirmi və ya hüquqi əsası varmı? Buna görə vergi problemi yaşaya bilərmi?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına vəkil Əkrəm Həsənov bildirib ki, əlavə ödəniş müqabilində imtiyazlı giriş ola bilər.
Əkrəm Həsənov
“Prinsip etibarilə, istənilən xidmət göstərən obyektdə - əlavə ödəniş müqabilində imtiyazlı giriş və ya üstün xidmət təqdim edilə bilər. Bu, kommersiya fəaliyyəti sayılır. Təbii ki, qanunvericiliyə uyğun olaraq həmin ödənişdən də vergi tutulmalıdır. Burda elə bir problem görmürəm”-deyə Əkrəm Həsənov qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.