“İndi Danimarka ilə birləşməyin vaxtıdır. Mette Frederiksenin mənə dediyi son ifadə“Bu, indi ciddidir, Jonas” cümləsi oldu”, - “NRK” Norveçin baş nazirindən sitat gətirir.
Xatırladaq ki, Amerika lideri Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ideyasını irəli sürüb. Hələ ilk prezidentliyi dövründə o, adanı almağı təklif etmişdi. 2025-ci ilin martında isə Qrenlandiyanın ilhaqı ehtimalını gündəmə gətirən Donlad Tramp Kopenhagenin onunla razılaşmayacağı təqdirdə, Danimarkanı ticarət tarifləri ilə hədələyib.
![]() |
| Danimarka və Qrenlandiya Trampa qarşı |
Eyni zamanda,bir sıra Avropa ölkələri sözügedən məsələdəDanimarka və Qrenlandiya ilə həmrəyolduqları barədə bəyanatlar veriblər.
Bu arada, Avropa İttifaqındakı (Aİ) diplomatik mənbələrə istinad edən “Politico” nəşri Qrenlandiyaya hücum olacağı təqdirdə birliyin ABŞ-yə qarşı çəkindirici plan hazırladığını yazıb.
- Biz Trampla birbaşa qarşıdurmaya hazır olmalıyıq. O, aqressiv rejimdədir və biz hazırlaşmalıyıq”, - qəzet adı açıqlanmayan avropalı diplomatından sitat gətirir.
Qəzetin məlumatına görə, Almaniyanın Xarici İşlər naziri Yohan Vadeful digər ölkələrdən olan həmkarları ilə koordinasiya aparır və NATO-nun Qrenlandiya yaxınlığındakı hərbi mövcudluğunu artırmaq barədə düşünür.
Fransanın XİN-in rəhbəri Jan-Noel Barro, öz növbəsində, bildirib ki, Qrenlandiya“satılmaq və ya işğal üçün deyil” , ABŞ-nin təhdidləri isə dayandırılmalıdır.
Bununla belə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Qrenlandiyanın Amerikanın təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb. Siyasətçi adanın əhəmiyyətinin regional təhlükəsizlik çərçivəsindənkənara çıxdığını və qlobal müdafiə arxitekturası ilə birbaşa əlaqəli olduğunu iddia edib.
Sahil İsgəndərov
AzVision.az
