İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə keçirilən oyunda “Mançester Yunayted” “Bernli” üzərində qələbə qazana bilməyib - 2:2.
Publika.az xəbər verir ki, “qırmızı şeytanlar” İngiltərə çempionatında ardıcıl 16 səfər oyununda qapısını toxunulmaz saxlaya bilməyib ki, bu da klubun son 48 ildəki antirekordudur. Bu barədə "Squawka" məlumat yayıb.
1977/78 mövsümündə komanda ardıcıl 17 görüşdə qol buraxıb.