İran rejimi küçə etirazçılarını öldürməyə davam edərsə, ABŞ İranın ali lideri Ayətullah Əli Xameneini vəzifəsindən kənarlaşdıra bilər...
Poliqon xəbər verir ki, bu barədə Trampa yaxın olan respublikaçı senator Lindsi Qrem Fox News-a verdiyi şərhdə bildirib.
İrandakı kütləvi küçə etirazları və rejimin onları güclə yatırmaq cəhdləri ilə bağlı son xəbərləri şərh edən Qrem ABŞ-ın İran xalqını dəstəklədiyinə əminlik verib: "Sizi öldürən və dünyanı terrora məruz qoyan dini nasist olan Ayətullahlardan ölkənizi geri almağınızın tərəfdarıyıq".
Eyni zamanda, o, İran dini liderinə birbaşa təhdid edib: "Daha yaxşı həyat tələb edən xalqınızı öldürməyə davam etsəniz, Donald Trampın sizi də öldürəcəyini başa düşməlisiniz. İranda dəyişiklik gəlir. Bu, Yaxın Şərq tarixində bu nasist rejimini məhv etmək üçün ən böyük dəyişiklik olacaq. İran xalqı, kömək yoldadır".
Poliqon.info