Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Muğanlı–İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən 8-ci kilometrində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Balakən rayon sakini Faiq Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq beton səddə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin – sürücünün həyat yoldaşı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
İlkin ehtimallara görə, qəzanın baş verməsinə sutkanın qaranlıq vaxtı yola nabələd sürücünün tikinti işləri aparılan ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etməməsi, eləcə də sürət həddini yol və hava şəraitinə uyğun seçməməsi səbəb olub.
Baş Dövlət Yol Polisi İdarəsi baş verən hadisəni bir daha xatırladaraq sürücüləri yolda təhlükəsizliyə laqeyd yanaşmamağa çağırır. Bildirilir ki, xüsusilə təmir-tikinti işləri aparılan ərazilərdə hərəkət edərkən diqqətli olmaq, mövcud yol şəraitini düzgün qiymətləndirmək, sürət rejiminə, müvəqqəti yol nişanlarına və nişanlama xətlərinin tələblərinə ciddi əməl etmək, ötmə və manevr zamanı ehtiyatlı davranmaq vacibdir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.