ABŞ-ın ötən həftə Venesuelada keçirdiyi hərbi əməliyyat nəticəsində ölənlərin sayı artıb.
Publika.az xəbər verir ki, bu barədə Venesuelanındaxili işlər naziri Diosdado Kabello bəyanat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində yüz nəfər həlak olub.
"Venesuela xain hücumun qurbanı olub. İndiyə qədər 100 ölü və eyni sayda yaralı var. Həlak olanlar arasında mülki şəxslər də var", - deyə Kabello qeyd edib.