AZ

120 dən çox yazıçı bəyanat yaydı: İranın yeni lideri o olsun!

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

120-dən çox yazıçı mərhum şah Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvini milli inqilabın və keçid dövrünün lideri kimi dəstəklədiklərini bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bəyanatda bildirilib:

“Biz inanırıq ki, milli və cəmiyyətin geniş təbəqələrinin etibar etdiyi bir liderliyə arxalanmaq İranın azadlığa, qanun hakimiyyətinə və ərazi bütövlüyünün qorunmasına keçid yolunu asanlaşdıra bilər”.

Qeyd olunur ki, bu yazıçılar İran xalqının həmrəyliyi və dəstəyi ilə ölkədə insani ləyaqət, demokratiya və milli maraqlara əsaslanan bir gələcək qurula biləcəyinə ümid edirlər.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
globalinfo.az

1Mənbələr