AZ

​Seda Sayan tanınmaz halda -

Türkiyənin məşhur müğənnisi Seda Sayan yenidən medianın diqqətini öz üzərində cəmləyib. Sənətçinin görüntüləri müzakirələrə səbəb olub.
Metbuat.az xəbər verir ki bu gün televiziya proqramlarından birinə qatılan müğənni görünüşü ilə hər kəsi heyrətləndirib. Sayanın üzündəki şişkinlik müxtəlif söz-söhbətlərin ortaya çıxmasına rəvac verib. Bəzi sosial şəbəkə istifadəçiləri 64 yaşlı sənətçinin qorxunc xəstəlikdən əziyyət çəkdiyini bildiriblər.

Seda Sayan isə narahatlıq üçün əsas olmadığını deyib. Müğənni bir müddət əvvəl estetik əməliyyat keçirdiyini xatırladıb: “Həkim əməliyyatdan sonra üzümdə şişkinlik olacağını demişdi. Müvəqqəti çətinlikdi, tezliklə hər şey yoluna düşəcək”.

Seçilən
30
metbuat.az

1Mənbələr