AZ

Masallı rayon İcra Hakimiyyətinin başçısı vətəndaş qəbulu keçirib » AzadMedia.az


Bu gün Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir.

Qəbul zamanı vətəndaşlar tərəfindən ümumilikdə 8 müraciət ünvanlanmışdır. Müraciətlər əsasən sosial məsələlər, məşğulluq, səhiyyə və infrastrukturla bağlı olmuşdur.

Belə ki,
• Masallı şəhəri, Dadva küçəsində qeydiyyatda olan sakin sosial xarakterli məsələ ilə bağlı müraciət etmişdir;

• Banbaşı kənd sakini övladına tibbi diaqnozun təyin olunması və əlillik dərəcəsinin verilməsi ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir;

• Qodman kənd sakini kənddaxili yol infrastrukturu ilə bağlı mövcud problemin həllinə dair müraciət etmişdir;

• Boradigah qəsəbə sakini Dost Mərkəzində çalışdığı iş yerindən ixtisara düşməsi səbəbindən yeni işlə təmin olunması ilə bağlı müraciət etmişdir;

• Masallı şəhər sakini uzun müddətdir məşğulluq proqramı çərçivəsində işlə təmin olunmaması məsələsini qaldırmış, eyni zamanda paybəlli torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmişdir.

Qəbul zamanı ünvanlanan müraciətlərdən 3-ü təşəkkür xarakterli olmuşdur.

Belə ki, Təklə, Lürən və Sığıncaq kəndlərinin sakinləri kəndlərində küçələrə asfalt örtüyünün çəkilməsi ilə əlaqədar görülmüş işlərə görə rayon rəhbərliyinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müraciətlər diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və müvafiq qurumlara yönləndirilməsi barədə aidiyyəti tapşırıqlar verilmişdir.
Seçilən
51
1
azadmedia.az

2Mənbələr