AZ

Tramp: “Kolumbiya prezidenti mənə zəng edib”

AzVision.az xəbər verir ki, Amerika lideri özünün “Truth Social” social şəbəkəsindəki paylaşımında“narkotiklərlə və digər fikir ayrılıqları ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün”Kolumbiya prezidentinin ona zəng etdiyini yazıb.

“Mən onun zəngini və ritorikasını yüksək qiymətləndirdim və yaxın gələcəkdə görüşməyi səbirsizliklə gözləyirəm. Vitse-prezident Cey Di Vens və Kolumbiyanın Xarici İşlər naziri Ağ Evdə keçiriləcək görüşü artıq razılaşdırıblar”,- Donald Tramp bildirib.

Xatırladaq ki, yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşı Silia Floresin ABŞ tərəfindən əsir götürülməsindən sonra Donald Tramp Kolumbiyada da oxşar əməliyyat keçirməyin yaxşı fikir olduğunu bildirib.

- Kolumbiya da çox xəstədir, onu kokain istehsal edib ABŞ-yə satmağı sevən xəstə adam idarə edir və o, uzun müddət bunu edə bilməyəcək”, - ABŞ prezidenti demişdi.

Bunun cavabında Kolumbiya prezidenti Qustavo Pedro “əlinə silah almağa”söz verib və Latın Amerikasını birləşməyə çağırıb. O, ABŞ-yə Kolumbiyaya qarşı yalan məlumat verdiyinə görə bir neçə kəşfiyyat polkovnikini işdən çıxarmaq əmrindən və“dünya tarixində ən böyük miqyasda kokain partiyasının ələ keçirilməsindən” danışıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
25
azvision.az

1Mənbələr