ABŞ prezidenti Donald Trampın atdığı hər addım yalnız Amerika xalqına xidmət etməyə yönəlib.
Publika.az xəbər verir ki, bu barədə vitse-prezident Cey Di Vens "Fox News"a danışıb.
"O, Amerikanın maraqlarını müdafiə etməyə can atır və bu, ABŞ prezidentindən gözlənilən bir şeydir", - deyə Vens vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Karakasdakı əməliyyatdan sonra "Trampın tamahkarlığı" kimi irəli sürülən ittihamlara cavab verərkən bu haqda danışıb.