AZ

Tramp və kolumbiyalı həmkarı arasında telefon danışığı oldu 

ABŞ Prezidenti Donald Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasında ilk telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” səhifəsində məlumat verib.

"Qustavo Petro ilə danışmaq böyük şərəf idi. O, narkotiklərlə bağlı vəziyyəti və yaşadığımız digər fikir ayrılıqlarını izah etmək üçün zəng edib. Mən onun zəng və tonunu yüksək qiymətləndirdim və yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm", - Tramp bildirib.

Onlar tezliklə Ağ Evdə təkbətək görüş təşkil etməyə razılaşıblar.

Seçilən
27
bakivaxti.az

1Mənbələr