AZ

Bakı təyyarə qəzası ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edə bilər



Gözlənildiyi kimi Rusiya yenə də beynəlxalq hüquq və normaları ayaqlar altına ataraq AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasını etiraf etmədi. Əksinə təyyarənin əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğradığını iddia etdi. Baxmayaraq ki, Kreml rəhbəri Düşənbədə azərbaycanlı həmkarı ilə görüşdə təyyarəmizin vurulmasını dolayı yola etiraf etmiş, günahkarların cəzalandırılacağını demişdi.

Məsələ ilə bağlı fikirlərini Newscenter.az-a bölüşən siyasi şərhçi Pərviz Mirizadə deyib ki, indiki halda, Kreml böyüklük sindromuna tutulmuş yeniyetmələr kimi davranmaqla ilk növbədə öz imicinə zərbə vurur:

"Onsuzda Rusiya beynəlxalq arenada təcavüzkar və işğalçı dövlət kimi tanınır. Bu tip ədalətsiz qərarlar qəbul etməklə digər ölkələr üçün də Rusiya hava məkanının güvənsiz, ədalət sisteminin isə qeyri-obyektiv olduğu reallığını aşılayır".

Pərviz Mirizadə hesab edir ki, rəsmi Bakı mahiyyəti üzrə beynəlxalq məhkəmələrə müraciət edə bilər.

Süleyman
Seçilən
46
1
newscenter.az

2Mənbələr