AZ

Litva Ukraynaya yüzlərlə hərbçi göndərmək niyyətindədir

Bakı. Trend:

Litva Ukraynanın təhlükəsizlik zəmanətlərinə töhfə verməyə,respublikanın ərazisinə bir neçə yüz hərbçi göndərməyəhazırdır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu haqda ölkənin müdafiə naziri RobertasKaunas danışıb.

“Bunu dəqiq detallarla ifadə edə bilmərəm, hazırda bu məsələmüzakirə olunur. Biz mütləq təhlükəsizlik zəmanətlərinə öztöhfəmizi verəcəyi... sülh əldə olunacağı təqdirdə bu, bir neçə yüzhərbçidən ibarət ola bilər”, – deyə Kaunas bildirib.

Eyni zamanda, o, Litvanın Ukraynanın təhlükəsizlikzəmanətlərinin təmin olunmasına hansı konkret vasitələrlə əlavətöhfə verə biləcəyi barədə təfərrüata varmayıb. Yalnız onu qeydedib ki, ölkə Avropa və ABŞ ilə birlikdə sülh sazişinin əldəolunması üçün bütün lazımı səyləri göstərir.

Xatırladaq ki, yanvarın 6-da Parisdə “istəklilər koalisiyası”nınsammiti keçirilib. Tədbirdə Avropa ölkələrinin liderləri, həmçininABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evinrəhbərinin kürəkəni Cared Kuşner iştirak ediblər. Görüşdə UkraynaPrezidenti Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndəheyəti də iştirak edib.

Məqalədə:
Seçilən
54
az.trend.az

1Mənbələr