AZ

Dünyanın ən bahalı futbolçuları – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) futbolçuların transfer dəyərini hesablayıb.

Msport.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, hazırda dünyanın ən bahalı futbolçusu “Barselona”nın gənc ulduzu Lamin Yamaldır.

18 yaşlı vingerin transfer qiyməti rekord həddə – 343.1 milyon avroya çatıb. Siyahının ikinci pilləsində “Mançester Siti”nin bombardiri Erlinq Haland qərarlaşıb. İlk “üçlüy”ü “Real”ın futbolçusu Kilian Mbappe tamamlayıb.

CIES-ə görə dünyanın ən bahalı 10 futbolçusu:

  1. Lamin Yamal (“Barselona”) – 343,1 milyon avro
  2. Erlinq Haland (“Mançester Siti”) – 255,1 milyon avro
  3. Kilian Mbappe (“Real”) – 201,3 milyon avro
  4. Cud Bellinqem (“Real”) – 153,1 milyon avro
  5. Maykl Olise (“Bavariya”) – 136,9 milyon avro
  6. Florian Virts (“Bayer”) – 135,8 milyon avro
  7. Dezire Due (PSJ) – 134,6 milyon avro
  8. Joao Neveş (PSJ) – 130,6 milyon avro
  9. Arda Gülər (“Real”) – 130,3 milyon avro
  10. Pedri (“Barselona”) – 130 milyon avro
Seçilən
66
10
msport.az

10Mənbələr