AZ

"Ayxan Abbasola birlikdə millidə dəyişikliklər etmək istəyirik"  - Video

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emreli yığmamızın baş məşqçisi Ayxan Abbasov haqqında danışıb.

28 yaşlı hücumçu QOL.az saytına videomüsahibəsində A.Abbasovun rəhbərliyi altında oynamağın rahat olduğunu deyib: 

"Qurban Qurbanovdan sonra Ayxan Abbasov millidə birlikdə çalışdığım 2-ci yerli məşqçidir. Yerli məşqçi ilə işləmək daha rahatdır. Çünki bir-birimizi anlamağımız, onun bizi, bizim də onu tanımağımız böyük rol oynayır. Bu, futbol mübarizəsində, oyun zamanı olan məqamlarda da hiss edilir.

Taktika, texnika, istək və mübarizə olduğu zaman nəticələr də qazanmaq mümkündür. Baş məşqçimizin bizim üçün nə qədər can yandırdığını görürük. Futbolçu da bir o qədər bunu məşqçiyə geri vermək istəyir. Həqiqətən Ayxan müəllimlə işləmək çox xoşdur. Düşünürəm ki, millinin hər bir üzvü mənim kimi düşünür. Hər birimiz ölkəmiz, millimiz, xalqımız üçün futbolda nəyisə dəyişmək, nələrsə etmək istəyirik. Mən çox ümid edirəm ki, biz Ayxan müəllmlə birlikdə bunu bacaracağıq".

Qeyd edək ki, M.Emreli 2017-ci ildən Azərbaycan millisinin üzvüdür. A.Abbasov isə ötən ilin sentyabr ayından yığmamızı çalışdırır. 

Seçilən
65
3
teleqraf.com

4Mənbələr