AZ

Lerikdə qadınlar arasında dava düşdü

BAKI, 8 yanvar. TELEQRAF

Lerikdə rayonunda qonşular arasında torpaq mübahisəsi dava ilə nəticələnib.

Teleqraf xəbər verir ki, hadisə2025-ci il avqustun 31-də Lerik rayonunun kəndlərinin birindəbaş verib.

Məlumata görə, Nüşabə və onun qonşusu Ülviyyə (adlar şərti verilib - red.) arasında münaqişə olub.

Nüşabənin sözlərinə görə, qonşuları həyətin darvazasının qıfılını qırıb, həyətə daxil olub. Quyudan öz həyətyanı sahələrinə su çəkiblər.Həyətində olan çoban itini zəncirdən açaraq buraxıblar.

Həmçinin Ülviyyəəlindəki daşla ona hücum edib. 1700 manat dəyərində olan telefonu əlindən almağa cəhd göstərərkən mobil telefon yerə düşərək sınıb.

Lerik Rayon Polis Şöbəsində izahat verən Nüşabə bildirib ki, Ülviyyəvalideynlərinin ünvanına nalayiq ifadələr səsləndirib: "Evimin dam örtüyə ziyan vurub. Həyətimdə icazəsiz heyvandarlıqla məşğul olub".

Ülviyyəözünü təqsirli bilməyib.

Nüşabəməhkəmədə şikayətçi olduğunu bildirib.

Lerik Rayon Məhkəməsinin qərarı ilə Ülviyyəİnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi üzrə təqsirli bilinib,onun barəsində 500 manat məbləğində cərimə təyin edilib.

Seçilən
65
3
teleqraf.com

4Mənbələr