“Nyukasl”ın futbolçusu Harvi Barnsın “Lids”lə oyunda vurduğu qol İngiltərə Premyer Liqasının tarixinə düşüb.
QOL.az xəbər verir ki, 21-ci turda keçirilən matçda Barns 90+12-ci dəqiqədə rəqib qapısına yol taparaq hesabı 4:3 öz xeyirlərinə dəyişib.
"Opta"nən məlumata görə, bu qol İngiltərə Premyer Liqasında ən gec vurulmuş qələbə qolu olub.
Qeyd edək ki, “Nyukasl” hazırda 32 xala malikdir və turnir cədvəlində 6-cı, 22 xallı “Lids” 16-cı yerdədir.