ABŞ prezidenti Donald Tramp müdafiə büdcəsinin 2027-ci ilə qədər 1,5 trilyon dollara çatmalı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o qeyd edib ki, bu addım ABŞ-a “uzun müddətdir layiq olduğu güclü ordunu qurmağa və düşmənin kim olmasından asılı olmayaraq ölkənin təhlükəsizliyini təmin etməyə” imkan verəcək.
Tramp bu barədə ABŞ-da fəaliyyət göstərən Truth Social hesabında paylaşım edib. Prezident açıqlamasında senatorlar, Konqres üzvləri və digər siyasi nümayəndələrlə uzun və çətin danışıqlardan sonra bu qərara gəldiyini vurğulayıb.
Onun sözlərinə görə, “ölkənin rifahı naminə, xüsusilə də bu son dərəcə qarışıq və təhlükəli dövrdə, 2027-ci il üçün hərbi büdcə 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olmalıdır".
Aytən Yaşar/ Turkustan.az