AZ

Sosial xidmət müəssisələrinə yerləşdirilən uşaqların sayı bəlli oldu

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ildə 296 uşaq sosial xidmət müəssisələrinə yerləşdirilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, ötən il ərzində uşaqların sosial xidmət müəssisələrinə yerləşdirilməsi ilə bağlı daxil olan 528 müraciət 711 uşağı əhatə edib:

"Görülən sosial dəstək tədbirləri nəticəsində 275 uşağın ailə himayəsində saxlanılmasına nail olunub, yalnız son zərurət prinsipi əsasında 296 uşaq sosial xidmət müəssisələrinə yerləşdirilib. Eyni zamanda, 176 uşaq müəssisələrdən yenidən ailə himayəsinə qaytarılıb".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
oxu.az

2Mənbələr