
Şəhərin bir neçə nöqtəsində toplaşan nümayişçilər öldürülən qadının adı ilə birlikdə ICE əleyhinə şüarlar səsləndirib, plakatlar qaldırıblar. Nəticədə təhlükəsizlik qüvvələri ilə toqquşmalar meydana gəlib, bir çox nümayişçi saxlanılıb.

Minneapolis şəhərinin meri Ceykob Frey qadının öldürülməsini pisləyərək, ICE əməkdaşlarının bu əməlini qətiyyətlə qınayıb. ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem isə hadisəni "faciə" adlandırıb, amma ICE əməkdaşının hərəkətini haqlı sayıb.
Hadisəyə Prezident Donald Tramp da münasibət bildirib. Onun sözlərinə görə, Rene Qud müqavimət göstərdiyinə, avtomobilini qəsdən ICE əməkdaşının üstünə sürdüyünə görə güllələnib.
-1767853521.jpg)
Hadisə ilə əlaqədar Nyu-York, Mayami və Yeni Orlean şəhələrində də etiraz aksiyalarının keçiriləcəyi bildirilir.
Firudin Həmidli
AzVision.az