AZ

A Seriyası: "İnter"dən səfər qələbəsi, "Napoli" öz meydanında xal itirib

Bakı, 8 yanvar, AZƏRTAC

İtaliya A Seriyasında XIX turun daha 5 oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı "İnter" səfərdə "Parma"nı, "Atalanta" isə "Bolonya"nı 2 cavabsız qolla məğlub edib.

"Latsio" -"Fiorentina" və "Napoli" - "Verona" matçlarında qalib müəyyənləşməyib - 2:2. "Udineze" isə qonaq olduğu görüşdə "Torino" üzərində 2:1 hesablı qələbə qazanıb.

Tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq.

Qeyd edək ki, hazırda A Seriyasında turnir cədvəlinə 42 xalla "İnter" başçılıq edir. Hərəyə 38 xalı olan "Milan" və "Napoli" isə 2-3-cü yerləri bölüşdürür.

Seçilən
67
1
azertag.az

2Mənbələr