AZ

Ötən gecə də Rusiyanın gözünə yuxu getməyib: 66 Ukrayna PUA-sı...

Yanvarın 8-ə keçən gecə səhər saatlarınadək Rusiya hava hücumundan müdafiə siqnalizasiya sistemləri Ukraynaya məxsus 66 ədəd sabit qanadlı pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Krım üzərində 14, Azov dənizi üzərində 13, Qara dənizin üzərində isə 12 PUA vurulub.

Bundan əlavə, Krasnodar diyarı üzərində 11, Rostov vilayəti üzərində 6 və Orel vilayəti üzərində 5 dron məhv edilib.

Kursk və Volqoqrad vilayətlərinin hər birinin üzərində 2, Bryanskda isə 1 dron vurulub.

Seçilən
55
publika.az

1Mənbələr