AZ

5 il ərzində "YAŞAT" Fondunun Çağrı Mərkəzinə 291 169 vətəndaş zəngi daxil olub

Bakı.Trend:

8 yanvar 2021-ci il tarixində "YAŞAT" Fondunun yashat.gov.azportalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

Trend xəbərverir ki, bu günə qədər Çağrı Mərkəzinə 291 169 vətəndaş zəngidaxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralılarınümumilikdə 93 016 müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrəyönləndirilib.

Bunlardan 58 263 müraciət şəhidlərimizin ailə üzvlərinin, 34 753müraciət isə yaralılarımızın müraciətləridir. Xatırladaq ki, 8110Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

"YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılmışdır.Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi iləəlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhidolmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövləttərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçünşəffaf, effektiv və əlçatan platformanın formalaşdırılmasıməqsədilə yaradılıb.

Seçilən
34
2
az.trend.az

5Mənbələr