AZ

Venesuelanın 127 ton qızılı İsveçrəyə daşınıb

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Venesuela hökuməti təxminən 10 il əvvəl gizli əməliyyat aparmaqla, ölkəyə məxsus olan dövlət ehtiyatlarından 127 ton qızılı İsveçrəyə daşıyıb. Məqsəd qızılı əritmək və beynəlxalq standartlara uyğunlaşdırmaqla, dəyərli valyutaya satmaq, sonra da qızıldan gələn kapitalın hesabına bu ölkəni maliyyə böhranından xilas etmək olub.

Reyting.az xəbər verir ki, bu, "Euronews"-in araşdırması zamanı üzə çıxıb.

İsveçrə gömrük məlumatlarına görə, qızıllar beş il ərzində hissə-hissə daşınıb və onun ümumi dəyəri təxminən 4,7 milyard İsveçrə frankı, yaxud da təqribən 5,05 milyard avro olub.

Venesuela dövlətinə məxsus qızıl İsveçrədə "Good Delivery" standartına uyğun əridilib ki, bu da onun dünya bazarlarında asan satılmasına imkan yaradıb. Sonradan qızılın bir hissəsi Böyük Britaniyaya, digər böyük qismi isə Türkiyəyə satılıb.

Bütün bunlarla yanaşı, Venesuelanın planı uğursuz olub və 2017-ci ildə bu ölkə böyük miqyasda defoltla üzləşib.

Bildirilir ki, əslində, bu heç də qeyri-qanuni bir əməliyyat deyildi, çünki həmin dövrdə xarici ölkələrdə bu cür əməliyyatlar qanuni sayılırdı. Lakin tezliklə vəziyyətin dəyişməsi, 2018-ci ildən sonra İsveçrənin Avropa İttifaqının sanksiyalarına qoşulması bu cür əməliyyatları mümkünsüz hala gətirməklə, Venesuelanı çıxılmaz duruma üz-üzə qoyub.

Məlumata görə, hazırda Venesuelanın xarici borcu 170 milyard dollar civarındadır və bu rəqəm ölkənin illik ÜDM-ni iki dəfə üstələyir.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
reyting.az

1Mənbələr