Yanvarın 19-da milli komandaların növbəti FIFA reytinqi açıqlanacaq.
Msport.az xəbər verir ki, komandaların qərarlaşacaqları mövqelər artıq bəllidir.
Son bir ay ərzində əksər millilər oyun keçirmədiklərindən, reytinqdə də çoxsaylı dəyişiklik gözlənilmir. Əksər yığmalar kimi, Azərbaycan millisi də 127-ci pillədəki yerində qalacaq. Yığmamızın 1132.97 əmsalı dəyişməyəcək.
Reytinqin ilk “10-luğ”unda cəmi 1 dəyişiklik gözlənilir. 10-cu sıradakı Xorvatiya 11-ci pillədəki Mərakeşlə yerini dəyişəcək. Afrika Millətlər Liqasında iştirak Seneqal, Əlcəzair, Nigeriya, Misir, Fil Dişi Sahili, Kamerun və Konqo DR kimi yığmaların irəliləməsinə səbəb olacaq.