AZ

Ağstafada kişi keçmiş arvadının işlədiyi məktəbə hücum çəkdi, həbs edildi

BAKI, 8 yanvar. TELEQRAF

Ağstafa rayonunda musiqi məktəbində dava salan şəxs həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Ağstafa şəhəri, Hüseyn Arif adına musiqi məktəbində baş verib.

Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Bəhmən Vəliyev (ad-soyad şərti verilib – red.) sərxoş vəziyyətdə məktəbdə ucadan nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub.

Vəliyevin ifadəsinə görə, F. R.-ova rəsmi şəkildə boşanıblar: “Lakin onunla barışmaq üçün onun işlədiyi musiqi məktəbinə getmişəm. Onunla barışmaq istədiyimi bildirmişəm. Buna qarşılıq vermədikdə isə əsəbləşərək ucadan nalayiq söyüşlər söymüşəm. Hazırda etdiyim əməldən səmimi peşmanam”.

Ağstafa Rayon Məhkəməsinin qərarı ilə Vəliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və 7 gün müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
75
teleqraf.com

1Mənbələr