GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores ABŞ xüsusi təyinatlılarının Karakasda keçirdiyi hərbi basqın zamanı gizlənərkən yaralanıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ administrasiyası rəsmi açıqlama yayıb.
Məlumata görə, onlar prezident iqamətgahında gizlənərkən qapı çərçivəsinə və sərt səthlərə başlarını vurublar ki, bu da xəsarətlərlə nəticələnib. Floresin qabırğa nahiyəsində də xəsarətlər olduğu bildirilir:
“Maduro və Flores onları daşıyan təyyarə Nyu-York şəhərinin şimalında yerləşən Stüart Hərbi Hava Milli Qvardiya bazasına endikdən sonra göyərtədə tibbi müayinədən keçirilib”.
Qeyd edək ki, Maduro və həyat yoldaşı məhkəməyə aparılarkən üzlərində göyərmələrin olması diqqət çəkib. Venesuela mediasının yaydığı məlumatda onlara ABŞ xüsusi təyinatlıları tərəfindən xəsarət yetirildiyi iddia edilib.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.