ABŞ Prezidenti Donald Tramp ölkəsinin 66 beynəlxalq təşkilatdan çıxmasını nəzərdə tutan memorandum imzalayıb.
Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti Ağ Evin bəyanatına istinadən məlumat yayıb. Bəyanatda qeyd olunub ki, sözügedən qərar “artıq Amerika maraqlarına xidmət etməyən” beynəlxalq təşkilatlara şamil olunur.
Sənəddə hansı təşkilatların siyahıya daxil edildiyi açıqlanmayıb.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl Vaşinqtonun Şimali Atlantika Alyansını (NATO) daim dəstəkləyəcəyini bəyan etmişdi.
DOĞRU.AZ