AZ

Venesuela DİN: "Maduro və arvadı oğurlanarkən yaralanıblar"

Bu sözləri Venesuelanın daxili işlər naziri Diosdado Kabelyo ölkənin "Telesur" telekanalının efirində dilə gətirib. Onun iddiasına görə, ələ keçirilmə əsnasında Nikolas Maduro ayağından, həyat yoldaşı isə başından güllələnib, həmçinin bədəninə zərbə alıb:

"ABŞ əsgərləri prezidentin arvadını da oğurlamağı, əslində, planlaşdırmırdılar. Məhz Siliya Flores özü əri ilə birlikdə aparılmasını israrla istəyib".

Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelada xüsusi əməliyyat keçirib. Bu ölkəyə qarşı aviazərbələr fonunda Prezident Nikolas Maduro və həyat yoldaşı ələ keçirilərək ABŞ-yə aparılıb. Əsasən narkoterrorizmdə təqsirləndirilən Nikolas Maduro dünən məhkəmə qarşısına çıxarılıb. Hazırkı vəziyyətdə Donald Tramp diqqətə çatdırıb ki, Venesuela faktiki surətdə ABŞ-nin idarəsi altındadır.

Firudin Həmidli
AzVision.az
Seçilən
35
2
azvision.az

3Mənbələr