AZ

Özbaşınalıq edən legionerin buradan qaçmasının PƏRDƏARXASI məqamları üzə çıxdı

Cefferson Bentunun “Kəpəz”ə dönmək istəməməsinin səbəbi məlum olub.

Yanvarın 3-dən qış təlim-məşq toplanışına start verən Gəncə təmsilçisi bu gedişlə braziliyalı ilə yalnız məhkəmədə üz-üzə gələcək.

Yeni il tətilində istirahət etmək üçün vətəninə gedən mərkəz müdafiəçisi geri qayıtmaq fikrində deyil. O bu barədə Qərb təmsilçisinə məlumat göndərib.

Hətta 22 yaşlı cənubi amerikalı üçün alınan qayıdış bileti də batıb. Hazırda stoperin yola gətirilməsi üçün danışıqlar davam edir:

“Onun geri qayıtması üçün tədbirlər görülür. Əgər qayıtmaqdan imtina etsə, onunla bağlı tədbir görüləcək. Müqaviləsinə birtərəfli şəkildə xitam veriləcək və haqqında şikayət olunacaq”.

Ötən yay “Kəpəz”ə gələn Ceffersonla mövsümün sonuna qədər qüvvədə olan müqavilə imzalanıb.

«Sambaçı»ya bir sıra təkliflər var. İstər ölkəsindən, istərsə də Azərbaycandan.

«Kəpəz» onun qarşısında götürdüyü bütün maliyyə öhdəliklərini yerinə yetirib. «Smbaçı»nı narazı salan kollektivdaxili münasibətlərdir.

O, hələ ötən ilin noyabrında buranı tərk etmək fikrində olub. Müqaviləsinin ikitərəfli pozulması üçün bir neçə dəfə rəsmilərin qapısını döyüb.

Daim əsas heyətdə yer almasına baxmayaraq, Gəncədə yaşamaq istədiyini bildirib. Onlardan «yox» cavabı alandan sonra məşqlərə çıxmaqdan imtina edib.

Buna cavab olaraq böyük miqdarda cərimələnib. Düşərgəyə geri dönüncə, məşq prosesinin gedişatını müxtəlif bəhanələrlə pozmağa çalışıb,

Bəzən komanda yoldaşlarıyla mübahisə edib, bəzən də Azər Bağırovun əsəbləriylə «oynayıb». Bir sözlə, braziliyalının indi belə özbaşınalıq etməsi gözlənilməz deyil.

SPORTİNFO.AZ

Seçilən
23
sportinfo.az

1Mənbələr