İranda generalın abidəsi YANDIRILIB
Ajans.az Azad İran teleqram kanalına istinadən xəbər verir ki,hadisə ölkənin ən dini şəhərlərindən biri sayılan Kaşanda baş verib. Yerli mənbələrin və sosial şəbəkələrdə yayılan görüntülərin məlumatına görə, etirazçılar şəhərdə yerləşən abidəni od vuraraq məhv ediblər. Hadisə ölkədə davam edən sosial-siyasi gərginlik fonunda qeydə alınıb. Qeyd edək ki, 2020-ci ildə ABŞ-ın hava zərbəsi nəticəsində öldürülən Qasım Süleymani İran İslam Respublikasında milli qəhrəman kimi təqdim olunur və onun xatirəsinə ölkənin müxtəlif şəhərlərində abidələr ucaldılıb. Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyiblər.