“Qızıl top” mükafatının ikiqat sahibi Kevin Kiqanda ciddi xəstəlik aşkarlanıb.
Publika.az xəbər verir ki, əfsanəvi sabiq futbolçuya xərçəng diaqnozu qoyulub.
“Kеvin həkimlərin müdaxiləsinə və hazırda göstərilən tibbi qayğıya görə minnətdardır. Bu çətin dövrdə onun şəxsi həyatına hörmətlə yanaşılmasını xahiş edirik”, – deyə Kiqan ailəsinin açıqlamasında bildirilib.
74 yaşlı Kiqan karyerası ərzində “Liverpul”un heyətində 200-dən çox oyunda meydana çıxıb, 1972–1982-ci illərdə isə İngiltərə millisində çıxış edib. Futbolçu karyerasını başa vurduqdan sonra “Nyukasl”, “Fulhem”, “Mançester Siti” klublarını və İngiltərə yığmasını çalışdırıb.