İran Parlamentində yayılan görüntülər diqqət ÇƏKDİ
Ajans.az xəbər verir ki,görüntülərdə millət vəkillərinin parlament zalında bir-birinə yaxınlaşaraq pıçıltı ilə söhbətlər apardıqları müşahidə olunur. Kadrlar ölkədə davam edən etiraz aksiyaları fonunda müxtəlif şərhlərə yol açıb. Bəzi sosial media istifadəçiləri bu səhnələri parlament üzvlərinin mövcud gərgin vəziyyətlə bağlı “pərdəarxası planlar” müzakirə etməsi kimi qiymətləndiriblər. Videolarda deputatların qısa və intensiv dialoqlar apardığı, zal daxilində qeyri-rəsmi ünsiyyətə üstünlük verdiyi görünür. İran mediası isə məsələ ilə bağlı fərqli mövqe sərgiləyərək bildirir ki, qanun layihələri üzrə səsvermələrdən əvvəl deputatlar arasında bu cür məsləhətləşmələr parlament praktikasında adi haldır və xüsusi məna daşımır. Buna baxmayaraq, sosial şəbəkələrdə istehzalı reaksiyalar da az olmayıb. İstifadəçilərdən bəziləri “Xalq küçələrdə etiraz edir, deputatlar isə parlamentdə pıçıltı ilə strategiya qurur” kimi şərhlərlə vəziyyətə münasibət bildiriblər.