AZ

İspaniya Superkuboku: "Barselona" finalda "Real Madrid” - "Atletiko" oyununun qalibi ilə qarşılaşacaq

Bakı, 8 yanvar, AZƏRTAC

Futbol üzrə İspaniya Superkubokunda yarımfinalın ilk oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Barselona" finala gedən yolda "Atletik"lə qarşılaşıb.

Səudiyyə Ərəbistanında reallaşan görüş Kataloniya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.

“Barselona” həlledici görüşdə "Real Madrid” və "Atletiko" komandaları arasında bu gün keçiriləcək matçın qalibi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turnirin final oyunu yanvarın 11-də baş tutacaq.

 

Seçilən
50
11
azertag.az

10Mənbələr