AZ

Vens: Qrenlandiya təkcə ABŞ nin deyil, bütün dünyanın milli təhlükəsizliyi üçün vacib rola malikdir

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Qrenlandiya ABŞ-nin və bütün dünyanın qlobal raketdən müdafiə sisteminin təhlükəsizliyi baxımdan mühüm rola malikdir".

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News"a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, adanın əhəmiyyəti regional təhlükəsizlikdən kənara çıxır və birbaşa qlobal müdafiə arxitekturası ilə bağlıdır.

"Qrenlandiya təkcə ABŞ-nin deyil, bütün dünyanın milli təhlükəsizliyi üçün vacib rola malikdir. Bütün raketdən müdafiə infrastrukturunun bir hissəsi Qrenlandiyadan asılıdır", - deyə Vens bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
oxu.az

1Mənbələr