ain.az, sport24.az portalına istinadən məlumat yayır.
"Qızıl top"un ikiqat qalibi Kevin Kiqanda ciddi xəstəlik aşkar olunub. Sport24.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə veteran futbolçunun ailəsi açıqlama verib.
Əfsanəvi keçmiş futbolçuya xərçəng diaqnozu qoyulub.
Qeyd edək ki, 74 yaşlı Kiqan "Liverpul"da 200-dən çox oyun keçirib və 1972-ci ildən 1982-ci ilə qədər İngiltərə millisinin formasını geyinib. Baş məşqçi kimi "Nyukasl", "Fulhem", "Mançester Siti" və İngiltərə yığmasını çalışdırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.